Quba

Konfrans zalı

Bizim xidmətlərimiz təkcə indiyə qədər oxuduqlarınızla yekunlaşmır. Quba “Cənnət Bağı” həm istirahət mərkəzi, həm də korporativ tədbirlər, yay-qış məktəbləri, konfrans və seminarlar keçirmək üçün hər bir şəraiti olan unikal istirahət kompleksidir. İstirahət məkanımızın 50 nəfərlik konfrans zalında seminar, mətbuat konfransları, treninqlər və yay, qış məktəblərinin keçirilməsi üçün də hər cür və ürəyinizcə olacaq mükəmməl şərait vardır. Bizdə fasiləsiz WI-FI xidmətinin mövcudluğu isə bu tədbirlərin onlayn variantları üçün də zəmin yaradır.

Bizimlə addımlayanlar, seçimi bizim məkanımız olanlar bizdən razı getdilər. Bunlara nümunə olaraq Qış liderlik məktəbi, BP, SOCAR, Qarant sığorta, Azərbaycan boks millisi, Azərbaycan beynəlxalq məktəbinin keçirdiyi seminar və treninqləri göstərə bilərik.

Konfrans və yığıncaqların keçirilməsi üçün müasir tələbata cavab verən avadanlıqlarla təmin edilir:

• 3D Proyektor
• Dəyirmi masa
• Flipçart
• Mikrofon
• Tribuna
• İnternet şəbəkəsindən pulsuz istifadə
• Qovluq, qələm, qeydlər üçün A4 formatlı kağızlar
• Mineral sular

Ad günləri, toy və nişan mərasimləri:

Siz ad günü, toy, nişan və digər əlamətdar tədbirlərin təşkili, tərtib olunması və keçirilməsini bizim istirahət mərkəzinə etibar edə bilərsiniz.

Məqsədimiz – həyatın ən mühüm anlarında Sizə yardımçı olmaq, ən gözəl anlarınızı daha da gözəlləşdirməkdir. Sizin üçün önəmli olan istənilən tədbirin təşkilini bütövlükdə həyata keçirə bilərik. Mütəxəssislərimizin zövqünüzə uyğun olaraq maraqlı ssenari təqdim etməsi ilə tədbirin daha yüksək səviyyədə təşkili və keçirilməsi təmin olunacaqdır.

Xəbərlər

Rezervasiya

İstirahət mərkəzi: Altiagac Quba