Quba

°C
Quba r-nu, Amsar kəndi
Azərbaycan, Quba. AZ4013

«Cənnət Bağı» şirkətlər qrupunun istirahət mərkəzlərindən biri Azərbaycanın füsunkar təbiətə malik olan Quba rayonunun ərazisində yerləşir. Bu zonaya istirahətə, səyahətə, gəzintiyə gələnlər Böyük Qafqazın şimali şərqinin ən gözəl bir hissəsini real həyatda görəcəklər. Mavi səma ilə birləşən qarlı zirvələr, minerallarla zəngin şəffaf bulaqlar, coşqun dağ çayları, bir sözlə əsrarəngiz təbiətin ünvanı olan Quba “Cənnət Bağı” istirahət mərkəzi Sizi maraqlı istirahətə dəvət edir.

Siz bu açıq səma altındakı muzeyə ekskursiya edəcək, unudulmaz xatirələrə sahib olacaqsınız.
Sağlamlığınızın keşiyində durmaq üçün həm ruhunuzun həm də cisminizin dincələcəyi Quba “Cənnət Bağı”-na gəlin. Təbii sərvətlərdən düşünülmüş və səmərəli istifadə etməniz üçün “Cənnət Bağı”-nda Sizlər üçün hər bir komfort yaradılmışdır. Şəhər səs-küyündən uzaq lakin şəhər komfortu ilə saf təbiətin vəhdəti Sizin əhval-ruhiyyənizə xüsusi ovqat bəxş edəcəkdir.

Siz qışın bəxş etdiyi gözəlliyi şəhərdə görə bilməzsiniz, amma həqiqətən qışın da öz gözəlliyi var. Bunu görmək üçün “Cənnət Bağı”-na gəlmək kifayətdir. Küləksiz yağan sakit qar və təmiz oksigen Sizə yaşam dolu ovqat verəcək.
İstirahət mərkəzində mehmanxana kompleksi 1, 2, və 3 otaqlı rahat nömrələrdən, kotteclərdən ibarətdir.

Xəbərlər

Rezervasiya

İstirahət mərkəzi: Altiagac Quba