Altıağac

Restoran:

Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin restoranı ənənəvi milli və seçmə Avropa xörəklərini, ədviyyatlı şərq təamlarını təqdim edən özəl mətbəxi Sizin xidmətinizdədir.

Təbiətdən gələn sağlamlığın yerini heç bir süni məhsul və dərman verməz deyirsinizsə bizim istirahət məkanımızın mətbəxi məhz Sizin üçündür. İstirahət mərkəzimizin heyvandarlıq və quşçuluq təsərrüfatının fəaliyyəti nəticəsində restoran ət, toyuq, yumurta, süd məhsullarından: yağ, pendir, qatıq, süzmə, şor və s. ilə təchiz edilir. Bununla hər şey bitmir.  Meyvələrdən: alma, armud, gavalı, albalı, böyürtkən, yabanı bitkilərdən: əvəlik, çaşır, yarpız, nanə, kəklikotu da məhz burada yetişdirilir. Və ən önəmlisi sizə mətbəximizdə  təqdim edilən ətirli və dadlı lavaş, təndir, kürə çörəyi də məhz istirahət mərkəzimizdə bişirilir.

Restoranımızın geniş və gözoxşayan interyeri istənilən ailəvi, ad günü, iş yeməkləri və romantik şam yeməklərini təşkil etməyə imkan verir. Bizdən razı qalmayan olmayacaq. Burada istirahət edən ən qurman qonaqlar belə Azərbaycan, Avropa və şərq mətbəxinin nümunələrinin təqdim edildiyi 250 nəfərlik Restorandan razı qalacaq.

Restoranda istifadə edilən qida məhsullarının 80%-i İstirahət Mərkəzinin təsərrüfatında istehsal edilir. Təbiilik öz sözünü deyib nöqtə qoyursa, biz hər şeyin ən təbiisini məhz Sizin üçün hazırlayırıq.

Peşəkar aşpazlarımızın hazırladıqları Avropa və milli mətbəxin xörəklərindən əsl zövq alacaqsınız. Heyətimizin yüksək səviyyəli xidmətindən və ansamblın canlı musiqisindən razı qalacağınıza zəmanət veririk.

Əyləncə

Əyləncə, adrenalin, ekstremal istirahəti sevənlər biz sizləri əsla unutmadıq. Aktiv istirahət növünə üstünlük verənlər sizlər üçün istirahət mərkəzimizdə motokross, 1024 m uzunluğunda kanat yolu ilə gəzinti, təmiz hava, yaşıllıq dolu futbol, basketbol və voleybol meydançası, tennis kortu, fitnes zalı, boulinq zalı, üzgüçülük həvəskarları üçün tərtəmiz və şəffaf su dolu açıq və qapalı hovuzlarımız da Sizin xidmətinizdədir.

Bunlarla yanaşı adrenalinlə dolu  yaşam tərzini sevənlər üçün kvadrosikllərlə motokross, güllə atıcılığı və pnevmatik silahlarla təchiz edilmiş tir fəaliyyət göstərir. Bununla bitmir, komanda tipli oyunları sevənlər üçün Paintball oyunları da təşkil edilir.

SPA korpusunda quru və nəm sauna, masaj salonu idman meydançalarından sonra fiziki yorğunluğu aradan qaldırmaq üçün əla fürsətdir. Peşəkar masaj ustalarının köməyi ilə sağlamlıq masajlarını qəbul edərək yenidən dünyaya gəlmiş kimi olacaqsınız.

Yalnız filmlərdə gördüyümüz at belində gəzintiniyalnız xəyallarında canlandırırsınız? Xəyallarınızı reallığa çeviririk.  At belində gəzinti sizin xəyalınızdırsa  bu xəyallarınızın gerçək olması üçün istirahət məkanımızda hər bir şərait yaradılmışdır.

Stolüstü oyunlar arasında populyarlıq qazanmış bilyard və tennis həvəskarları da yaddan çıxmayıb. Sizə ən mükəmməl formada bu əyləncələri yalnız biz təqdim edirik.

Əlbəttə ki, biz bizim məkanda istirahət etməyi seçən kiçik qonaqlarımızı – balaca balalarımız da unutmamışıq. İstirahət məkanımızdakı uşaq əyləncə mərkəzimizdə balacaların bir-birindən öyrənəcəkləri dünyalar və uşaq olmanın xoşbəxtliyini yaşadacaq bütün əyləncələrin hamısını balaca qonaqlarımız üçün bir araya gətirdik.  Buradakı müxtəlif yelləncək və attraksionlar sizin balacaların bu tətilini və yaşadıqları əyləncə dolu anları unudulmaz edəcək.

Həmçinin istirahət mərkəzinin ərazisində yerləşən Zooparkda məskunlaşmış ayı, dəvə, poni atları, dağ keçisi, maral, müxtəlif növ keçilər, meymun, tovuz quşları, müxtəlif cür qazlar, ördəklər, Həştərxan toyuqları, göyərçinlər, qartal, şahin, dovşanlar, itlər: senbernar, ovçarka, qırqovul, sultan quşu və s. heyvanlar balaca balalarımızın sevincinə səbəb olacaq. Onlara yalnızca televizorda və kitabda gördükləri heyvanları canlı göstərib üzlərinə məsumluqla dolu ifadə, ürəklərinə sevinc, yaddaşlarına bir ömür boyu unutmayacaqları xoş xatirə bəxş etməyə bizimlə addım atın.

ÖDƏNİŞSİZ ƏYLƏNCƏLƏR (məskunlaşmış müştərilərə) – FUTBOL, VOLEYBOL, BASKETBOL, AÇIQ VƏ QAPALI HOVUZ, UŞAQ PARKI, İDMAN ZALI, FİTNES, SAUNA, SU MASSAJI, BİLYARD, TENNİS.

ÖDƏNİŞLİ ƏYLƏNCƏLƏR  –  BOWLING, GÜLLƏ ATICILIĞI, KVADROSİKL, PAINTBALL  OYUNU, ÇİN MASSAJI, ZOOPARK, KANAT YOLU, BAR XİDMƏTİ.

Personal

“Cənnət Bağı” şirkətlər qrupunun Altıağac istirahət mərkəzinin 50 nəfərdən ibarət personalı,  xidmət və keyfiyyət sahəsində ən xırda detalları belə nəzərdən qaçırmır.  Burda sizə nümunəvi, keyfiyyətli və yüksək səviyyədə xidmət göstəriləcək. Biz personalımızın ən mükəmməl səviyyədə keyfiyyətli xidmətinə zəmanət veririk. Bizimlə atacağınız addımın – ömrünüzün sonuna qədər ən gözəl istirahətiniz olacağından əminik.

Mükəmməl, təhlükəsiz istirahət, təmiz hava, keyfiyyətli xidmət, yaşıl meşə, müxtəlif əyləncələr, restoran və bar bütün bunlar Sizi Altıağac “Cənnət Bağı” istirahət mərkəzində gözləyir. Hər il minlərlə ailə, məhz bizim istirahət mərkəzində xoş əhval-ruhiyyə və xatirələrlə dolu bir tətil keçirir. Yüksək səviyyəli xidmət personalı, keyfiyyətli və ləziz yeməkləri olan Restoranı, Avropa standartlarına uyğun şəraitli kottecləri, əyləncə və asudə vaxtın səmərəli keçməsi üçün hər bir imkanı olan bu məkan ailəvi istirahət üçün əvəzedilməzdir.

Xəbərlər

Rezervasiya

İstirahət mərkəzi: Altiagac Quba