Altıağac

°C
Xızı r-nu, Altıağac
Azərbaycan, Xızı. AZ8000

«Cənnət Bağı» şirkətlər qrupunun ilk “Cənnət Bağı” istirahət mərkəzlərindən biri təbiətin əsrarəngiz gözəlliyinə malik olan Xızı yaylasında yerləşən Altıağac adlanan ərazisində yaradılmışdır. Təbiət yaranışı ilə insan yaradıcılığının vəhdəti olan – gözəlliklər sərgisi Altıağac «Cənnət Bağı» istirahət mərkəzi Sizi müştərək “evimiz” olan təbiətin qoynuna, gözəllik tablosuna baxmağa dəvət edir.

Sağlamlığınızın keşiyində durmaq üçün həm ruhunuzun, həm də cisminizin dincələcəyi Altıağac “Cənnət Bağı”-na gəlin. Təbii sərvətlərdən düşünülmüş və səmərəli istifadə etməniz üçün “Cənnət Bağı”-nda Sizlər üçün hər bir komfort yaradılmışdır. Şəhər səs-küyündən uzaq, lakin şəhər komfortu ilə saf təbiətin vəhdəti Sizin əhval-ruhiyyənizə xüsusi ovqat bəxş edəcəkdir.

Siz qışın bəxş etdiyi gözəlliyi şəhərdə görə bilməzsiniz, amma həqiqətən qışın da öz gözəlliyi var. Bunu görmək üçün “Cənnət Bağı”-na gəlmək kifayətdir. Küləksiz yağan sakit qar və təmiz oksigen Sizə yaşam dolu ovqat verəcək. Tanrı bu məkandan heç bir varını əsirgəməmişdir.

Başı qarlı silsilə dağlar, minerallarla zəngin şəffaf bulaqlar, səfalı yaşıllıqla toxunmuş xalıya bənzər yamaclar əhatəsində yerləşən  “Cənnət Bağı” istirahət mərkəzində mehmanxana kompleksi 1, 2, 3 və 4 otaqlı rahat nömrələri, kottecləri və VİP apartamentləri Sizlərə təklif edir:

Xəbərlər

Rezervasiya

İstirahət mərkəzi: Altiagac Quba