Haqqımızda

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 avqust 1999-cu il tarixində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Şirkətlər qrupu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada geniş çeşidli fəaliyyət növləri ilə məşğul olur. Onun əsas fəaliyyət istiqamətlərindən biri də turizmin təşkili, ölkə daxilində turistlərə və həmçinin sadəcə istirahət etmək istəyən vətəndaşlara sərbəst vaxtlarında bütün növ servis xidmətlərinin göstərilməsi, ekskursiyaların, səyahətlərin təşkili, kütləvi idman, tamaşa, şou, konsert və digər istirahət tədbirlərinin keçirilməsi, uşaqlar üçün əyləncə tədbirləri, eyni zamanda istirahət mərkəzlərində işgüzar görüş və konfrans tədbirlərinin həyata keçirilməsindən ibarətdir. “Cənnət Bağı” şirkətlər qrupu bu fəaliyyət məqsədlərini həyata keçirmək üçün iki istirahət mərkəzi yaratmışdır. Bu istirahət mərkəzləri Azərbaycanın dilbər guşələrindən olan Xızı və Quba rayonlarında yerləşir. “Cənnət Bağı” – Altıağac və “Cənnət Bağı” – Quba, adlanan bu istirahət mərkəzləri artıq 10 ildən çoxdur ki, insanların sevimli səfər, gəzinti, görüş və istirahət yerlərinə çevrilmişdir. Bu istirahət mərkəzlərində yaşanan hər gün öz gözəlliyi, sakitliyi, rahatlığı, yüksək səviyyədə xidməti ilə bir neçə ilə bərabərdir. Bütün parametrləri ilə ekoloji cəhətdən təmiz olan bu istirahət mərkəzlərinə bir dəfə gəlsəniz, bir də gəlmək istəyəcəksiniz. Çünki buralar sözün əsl mənasında həm özünüz, həm ailə üzvləriniz, həm dost və tanışların və həmçinin sevgiliniz üçün əsl cənnət məkanıdır. Gəlin və görün ! Bu gözəlliyi yaşayın !

Xəbərlər

Rezervasiya

İstirahət mərkəzi: Altiagac Quba